Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
83 yaşlı qadın həyatında ilk dəfə lotereya bileti aldı, böyük məbləğ qazandı

İllərlə lotereyada qazanacağını gözləyən adamlar var. Amma elə insan da var ki, bir dəfə lotereya bileti almağı yetər.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın Delver ştatında 83 yaşlı qadın ilk cəhddən böyük məbləğdə qazanıb. Təqaüdçünün bileti ona 40 min dollar gətirib.

Yaşlı qadın deyir ki, əvvəllər heç vaxt lotereya yarışında iştirak etməyib. Ömrünün sonlarında heç vaxt atmadığı addımların necə nəticə verə biləcəyini görmək istəyib: “Şansımdan istifadə etmək qərarına gəldim”.

Qadın danışır ki, udduğunu biləndə sevinci yerə-göyə sığmırmış. Elə indi də uğurun xoşbəxtliyini yaşayır: “Hələ də inana bilmirəm”.

Yanvarda başqa bir amerikalı təqaüdçünün lotereyada udduğu xəbəri yayılmışdı. Amma fərq ondadır ki, Merilend ştatından olan qadın üçüncü dəfə belə uğur əldə edirdi. Özü də hər dəfə yaxınlarının doğum gününün rəqəmlərini biletdəki xanalara yazmaqla.

Son xəbərlər
Bütün xəbərlər »