Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oğru hadisə yerində sənədlərini itirdi, ələ keçdi

Oğruların hamısı ehtiyatlı olmur. Məsələn, Rusiyanın Voronej şəhərində oğurluğa gedən adam hadisə yerində sənədlərini itirib.

Bizimyol.info xəbər verir ki, 22 yaşlı kişi oğurluğa dostu ilə gedib. Onlar əvvəlcə möhkəm içiblər. Sonra Lenin prospektindəki avtomobillərdən birinin qarət etmək qərarına gəliblər. Xeyli maşına giriblər, amma yalnız birində pul tapıblar. Oğrular “VAZ-2112” markalı avtomobildə 13,5 min rublu (təxminən 200 dollar) görəndə çox seviniblər. Amma başlarına gələn bəladan xəbərsiz olublar. Oğrulardan biri sənədlərini qoyduğu portmanatını orada cibindən salıbmış.

Ertəsi avtomobil sahibi polisə müraciət edib. Sənədlərin sayəsində oğruları ələ keçirmək mümkün olan. İndi onları Rusiya cinayət məcəlləsinin iki maddəsi üzrə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Son xəbərlər
Bütün xəbərlər »