Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistan prezidenti yenə kitab yazdı

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov yenə kitab yazıb. Onun budəfəki yaradıcılığı ölkəsinin məşhur Ahal-təkə cinsindən olan atlarına həsr olunub.

Bizimyol.info xəbər verir ki, prezidentin kitabının adı belədir: “At həm sadiqdir, həm də əyləncəli”. Prezidentin kitabında müasir atçılıq incəsənətindən, onun ən yaxşı ənənələrindən, həmçinin atların saxlanmasından bəhs olunur.

Ahal-təkə at cinsi

Türkmənistan prezidenti sıx iş qrafikinə baxmayaraq, müxtəlif mövzularda xeyli kitabların müəllifidir. Onun yaradıcılığında mətbəxdən tutmuş, xalçaçılıq, musiqi, idman, hərbiyə qədər müxtəlif mövzulara rast gəlmək olar.

Son xəbərlər
Bütün xəbərlər »