Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada qarğaların hücumu barədə xəbərdarlıq: "Qorunmaq üçün çətir gəzdirin"

Rusiyanın paytaxtı Moskvada yaz gələn kimi qarğalar çox aqressivləşir. İnsanlara hücum etməyə başlayırlar.

Bizimyol.info xəbər verir ki, “Ornitari” layihəsinin rəhbəri Vadim Mişin adamlara çətirlərlə qorunmağı məsləhət görür. “Qarğalar yuva quranda çox təhlükəli olurlar. Çox aqressivləşirlər. Bəzən olur ki, kimisə qurban seçirlər. Onu güdürlər, evdən çıxan kimi üstünə atılırlar”, – Mişin belə deyib.

Qarğalar insanlarla birlikdə yaşamağa məcburdur. Quşlar hesab edir ki, biz onların ərazisini ələ keçiririk. Aqressivlik də məhz buna görədir. Yuva qururlar, sonra da balalarını qorumaq instinkti işə düşür. Mütəxəssislər onlarla münaqişəyə girməməyi tövsiyə edir. Sadəcə, özünü qorumaq lazımdır. Çətir moskvalıların köməyinə daha çox çata bilər.

Son xəbərlər
Bütün xəbərlər »