Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda paytaxt əhalisinə balıq qadağası

Türkmənistan dünyanın ən qapalı ölkələrindən biridir. Bu ölkədə insanlara bir çox şey yasaq olunub.

Bizimyol.info xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabadda sakinlərə su hövzələrində balıq tutmaq da qadağan edilib.

Paytaxtda xüsusilə üç göldə balıq azalıb. Buna görə də hökumət belə qərar verib. Amma şəhər sakinlərini də qınamaq olmaz. Türkmənistanda iqtisadi vəziyyət çox ağırdır. İnsanlar elementar qayğıların öhdəsindən gələ bilmir. Balıq tutmaqla keçinməyə çalışırlar.

Aşqabad şəhərindən görüntü / Foto: orangesmile.com

Təkcə Aşqabadda yox, bölgələrdə də adamlara balıq tutmaq üçün əngəl yaradılır. Ölkədə ciddi balıq çatışmazlığı hiss olunur.

Bundan başqa, su hövzələrinə yaxın ərazilərdə kənd camaatına mal-qara otarmağa imkan vermirlər. Kimin heyvanını suya girən görsələr, həbs edəcəklərini bildirirlər.

Son xəbərlər
Bütün xəbərlər »