Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Konqressmen içəri pivə keçirərkən yaxalandı: "Mexanizmi yağlamaq istəyirdim"

Amerikalı konqressmen Con Kanningem ABŞ Konqressinin binasına içki keçirmək istəyib.

Bizimyol.ino xəbər verir ki, mühafizəçilər ona imkan verməyiblər. Kapitolinin girişində onun əlindən 6 şüşə pivəni alıblar. Konqressmen bu situasiyada dilxor olmayıb, hətta mühafizəçilərin addımına yumorla reaksiya verib. Hərçənd, “axı cümə günüdür” zarafatı da onun köməyinə çatmayıb.

Kanningem ABŞ Konqressində yenidir. Siyasətçi bununla həmkarları ilə xoş münasibət yaratmağı düşünürmüş: “Yeni iş yoldaşları ilə dil tapmaq, yeni dostlar qazanmaq lazımdır. Pivə burada lap yerinə düşür. Fikirləşdim ki, mexanizmi pivə ilə yağlayım”.

Konqressmen Piter Defrazio

Kanningem sonda istəyinə nail olub. Konqressmen pivələri həmkarı Piter Defrazioya çatdıra bilib.

Son xəbərlər
Bütün xəbərlər »