Avstraliyanın baş naziri Skott Morrison qəşəng görünmək istəyinin ucbatından gülünc vəziyyətə düşüb.
Bizimyol.info xəbər verir ki, baş nazir öz ailəsinin əhatəsində öz şəxsi saytı üçün şəkil çəkdirib. Əla şəkil alınıb: yaşıllıq, gözəl hava, gülümsəyən ailə üzvləri... Amma nədənsə baş nazir bu fotosessiya üçün çirkli idman ayaqqabılarını geyinib.
Çirkli ayaqqabılar fotonun ümumi atmosferinə xələl gətirdiyinə görə Fotoşopda montaj etmək qərarına gəıiblər. İdeyanın müəllifi barədə heç bir məlumat verilmir, amma bu ideya çox gülünc bir sonluğa gətirib çıxarıb.
Foto: twitter.com/lukerhnÇirkli idman ayaqqabılarının əvəzinə Fotoşop-da Morrison üçün iki ağappaq ideal ayaqqabı çəkilib. Amma bir problem var ki, hər iki ayaqqabı sol ayaq üçündür.
Morrisonun ailə fotosu: Əvvəl və sonraBunun necə baş verdiyini heç kim boynuna almır. Bununla belə ayıq-sayıq Avstraliya sakinləri montajı üzə çıxarıb baş naziri ələ salmağa vaxt tapıblar. Ardınca hadisəni yamsılayan fotolar peyda olmağa başlayıb.
Foto: twitter.com/schnozzmanHadisədən sonra baş nazir göstəriş verib ki, fotonun orijinal versiyasını sayta qoysunlar. Özü də ayrıca olaraq öz çirkli idman ayaqqabılarını nümayiş etdirib.
Foto: twitter.com/ScottMorrisonMPHəmçinin baş nazir bu barədə "zarafatyana" açıqlamasında bildirib ki, onun ayaqlarından daha çox saçları tökülmüş başına diqqət yetirmək lazım idi.






