Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marketə eşşəklə gedən müdir - Video

Niğdədə marketə eşşəklə gələrək alış-veriş edən və aldığı məhsulları heyvanın üzərindəki heybəyə dolduran vətəndaşın sözügedən ticarət mərkəzinin müdiri olduğu ortaya çıxıb.

Bizimyol.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu görüntülərə görə polis şöbəsinə çağırılan Halil Günün zarafat etdiyi məlum olub.

Marketlərdə alış-veriş paketlərinin 1 yanvar tarixindən etibarən pullu satılmağa başlamasının ardından, buna ölkənin müxtəlif bölgələrindən sosial media vasitəsilə reaksiyalar verilməyə başlanıb.

Qeyd edək ki, marketdə işləyənlərin təəccüblü baxışları arasında alış- veriş edən kişinin hərəkətlərini ətrafda olanlar mobil telefonlarla çəkərək sosial mediada yayıb.

Həmin görüntülər izləmə rekordu qırıb.

Son xəbərlər
Bütün xəbərlər »