Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatlar pul yığıb itə heykəl qoydu - Video

Rusiyanın Çelyabinsk şəhərində baş poçtamt binasının qarşısında "Belyaş" adlı itə həsr olunmuş abidə quraşdırılıb.

Bu haqda 1obl.ru portalı xəbər yayıb. Xəbərdə qeyd edildiyinə görə, həmin heyvan 2 il ərzində sahibinin qəza nəticəsində öldüyü yerə gələrək orada onu gözləyib.

Abidə üçün vəsait yığımı 2015-ci ildə başlanıb. Bunun təşəbbüskarı isə Yelena Drojjina adlı yerli bir sakin olub.

Qadın tramvay dayanacaqlarından birindən keçdiyi zaman dəfələrlə sözügedən iti orada gördüyünü bildirib. Təəssüf ki, vəfalı köpək özü də maşın vurması nəticəsində ölüb. Bunu biləndən sonra Y.Drojjina sosial şəbəkədə bir qrup yaradaraq həyatının sonunadək sahibinə sadiq qalmış bu itə heykəl qoyulması üçün vəsait yığımı elan edib.

Maraqlıdır ki, qadının bu təşəbbüsü yerli deputatlar tərəfindən də fəal şəkildə dəstəklənib. (Moderator.az)

Son xəbərlər
Bütün xəbərlər »