Hindistanda iki başı, üç gözü olan inək doğuldu.
Anomal hadisə kamera ilə lentə çəkilib. Video çarx sosial şəbəkədə böyük marağa səbəb olub.
Hadisə Hindistanın Thanjavur şəhərində baş verib. İki başı, 3 gözü olan buzov görənləri heyrətə düşürüb. Uzun müddət yaşaması imkansız kimi görünən buzov həyatda qalmağa çalışır. Yerli sakinlər üçün iki başı, 3 gözü olan buzov möcüzə sayılır. Kəndlilər buzovun müqəddəs olduğuna inanırlar. (Olke)






