Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pirallahıda çörəyi zibilxanaya tökdülər? - Zavod direktoru danışdı - Açıqlama
Bakı şəhəri Pirallahı adası ərazisində yerləşən çörək zavodu alınmayan və geri qaytarılan çörəklərin zibilxanaya atılması ilə bağlı xəbər vermişdik.

Bizimyol.İnfo bildirir ki, sözühedən məsələ ilə bağlı yeni detallar məlum olub. Belə ki, daxil olan məlumata görə sözügedən olay məhz Pirallahı adası ərazisində yerləşən "ADA" çörək zavodunda yaşanıb.

Bununla bağlı Bizimyol.İnfo-ya danışan zavod müdürü Zahid Şahbazov olayı təkzib etməyə çalışsa da bunu dolayısı yolla təsdiqləyib. O, bu məlumatın və sözügedən görüntülərin saxta olduğunu və onun rəqabət apardığı şəxslərin təxribatı olduğunu, sonradan isə həmin fotoşəklin zavoda məxsus çörək qurudulan yerin fotoşəkli olduğunu bildirib:

"Biz müqəddəs bir işlə məşğuluq. İnsanlar şənbə və bazar günü istirahət etsələr də biz istirahətsiz işləyrik. Xalqımıza çörək istehsal edirik. Bunu hansısa xain edib və bizi ləkələməyə çalışır. Biz sağlam rəqabət aparırıq hər zaman, belə çirkin məlumatlar yaymırıq. Çörək qədrini çörəkçi bilər, biz onu necə zibilxanaya ata bilərik? Bu tamamilə yalan məlumatdır. Qoy desinlər çörəkdən tük çıxıb, desinlər çörək yaxşı bişməyib amma heç vaxt belə məlumat ötürməsinlər bizim haqqımızda".

Zavod müdürü "Redaksiyamıza fotoşəkillər daxil olub, bununla bağlı nə deyə bilərsiniz?" sualına yəqin ki, bizim zavodun ərazisində olan, çörək qurudulan yerin fotoşəklini çəkiblər deyə cavab verib:

"Biz niyə öz pulumuzu çölə, zibilxanaya ataq. Alınmayan, geri qayıdan çörəkləri biz zavod ərazisində quruduruq, sonra onu yem emalı zavoduna veririk. Ola bilər ki, kimsə həmin çörək qurutduğumuz ərazinin şəkillərini çəkib"

Sözügedən ərazidən çəkilən və redaksiyamıza göndərilən fotoşəkilləri oxucularımıza təqdim edirik:

Bizim Yol

Son xəbərlər
Bütün xəbərlər »