Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"2100-cü ildə insanlar ölməz olacaq..." - Gələcəkdən xəbərlər

Yaponiyalı alim, fizik və futuroloq Mitio Kaku ölkəsində keçirilən beynəlxalq simpoziumda gələcəkdə insanların necə yaşayacaqları barəsində danışıb.

Alimin nitqinin maraqlı olmasını nəzərə alıb qısa xülasəsini  tədim edirik.

"Biz tibb elmində yalnız xəstəliklərlə mübarizə aparmırıq, eyni zamanda insan bədənini mükəmmələşdirmək, qocalma prosessinə cavabdeh olan genləri araşdırmaqla da məşğuluq. Biz artıq qocalma prosesinə nəzarət edən 60 geni ayırmışıq. Bu genlərdə  geriyə doğru hərəkət  mümkün deyil.Lakin 2100-cü ilə qədər biz həm rəqəmsal, həm də bioloji ölümsüzlüyə nail olacağıq. Biz  10 000 il öncə Yer kürəsində yaşamış canlıları yenidən yarada biləcəyik. Bizim əlimizdə mamont və neandertal insanın genomları var.Gələcəyi təyin edən süni intellekt, biotexnologiyalar və nanotexnologiyalar insanın rifahı və tərəqqisi üçün  fəaliyyət göstərəcək.

Süni intellekt avtomobil sənayesini fərli yöndə inkişaf etdirəcək. Avtomobil özü robot olacaq. Təhlükə onadır ki, vaxt gələcək robotlar özlərini dərk edəcək.

Günəş enerjisini yeraltı sərvətlərdən daha ucuz şəkildə əldə edəcyik. Əsrin ortalarında ilk termonüvə reaktoru vasitəsi ilə enerji istifadəçisi olacağıq.

İstənilə texnologiya iki başlı qılınc kimidir.Ondan həm insanların rifahı naminə, həm də insanlara qarşı istifadə etmək olar. Sadəcə yaratdığımız texnologiyaya nəzarət etdiyimizə əmin olmalıyıq. Əsrin sonunda yaradılan bütün robotlara onları söndürməyimizə imkan verəcək çiplər yerləşdirilməlidir. Əks halda onlar insanı öldürə və ona qarşı çıxmağı da düşünəcəklər. Biz bu təhlükəsizlik amilini nəzərər almalıyıq. Robotlar özləri bu çipləri söndürməyi öyrənəndə biz onlarla hesablaşmalı və qaynayıb qarışmalı olacağıq.Bu prosesin yaşadığımız əsrdə baş verəcəyini düşünmürəm. İnsan robotlarla müharibə etmək əvəzinə fövqəlbəşər olmağı bacarmalıdır.Bütün bunların açarı isə təhsildə gizlənir. Biz gələcək üçün elə insanlar yetişidirməliyik ki, onlar bir- birləri ilə müharibə aparan qruplara bölünməsinlər, vahid Yer insanı olduqlarını anlasınlar.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »