Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaşadığı coğrafiyanın "yük"ünü daşıyan dəvələrin əti yeyilir, südündən yağ və pendir hazırlanır - Video
Yaşadığı coğrafiyanın "yük"ünü daşıyan dəvələrin əti yeyilir, südündən yağ və pendir hazırlanır - Video

Dəvələr dünyanın quraq bölgələrində — səhralarda, yarımsəhralarda və çöllərdə həyata uyğunlaşmış heyvanlardır. Dəvələrin bellərində fərqli "hürgüclər" var. Məşhur inancın əksinə olaraq, dəvələr birbaşa özlərində su saxlamırlar. Əksinə yağ saxlayırlar və həddindən artıq susuz qaldıqda onu oksidləşdirərək suya çevirirlər. Müasir dəvələrin inkişaf etdirdiyi quraq şəraitdə həyata uyğunlaşmalar ehtimal ki, dəvələrin təkamülündə nisbətən gec ortaya çıxmış və əvvəlcə onlar üçün xarakterik deyildi.

Dəvələr eramızdan əvvəl 2000-ci ildə əhliləşdirilib. Onlar doğma yaşayış yerlərində ən güclü sürü və yük daşıyan heyvanlardır.

Dəvə əti yemək üçün istifadə olunur, dəvə südü yağ və pendir hazırlamaq üçün istifadə olunur.

Dəvələrə yalnız səhralarda və quru çöllərdə rast gəlinir; onlar rütubətli iqlim şəraitində və ya dağlarda yaşaya bilməzlər.

Dəvələrin belinin əyri olması ilə bağlı atalar sözü də var. Deyir ki, “dəvədən soruşmuşlar belin niyə əyridir, "haram düzdür ki?" deyib”. Burada dəvənin cavabının yerinə, qarşıdakı insan istədiyi cavabı verə bilər. Dəvənin belində olan əyrilik isə, qeyd etdiyimiz kimi yaşadığı coğrafiya ilə bağlıdır. Şərtlər çətinləşdikcə bədən yaşamaq uğrunda mübarizədə müqavimət göstərmək üçün müxtəlif deformasiyalar uğrayır. Dəvənin belindəki əyrilik, yağ qatıdır…

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »