Sınmış ürəklər muzeyi

Xorvatiyanın Zaqreb şəhərində sevgi qurbanı olmuş insanların xatirələrini daşıyan bir muzey var. Həyat yoldaşlarından ayrılmış Olinka Vistitse və Drajen Qrubisiçin təşəbbüsü ilə yaradılan bu muzeyə ayrılan cütlüklər daha saxlamaq istəmədikləri və xatirə dolu əşyalarını bağışlayırlar. Burda sevgilisnin əşyalarını doğramış balta, boşanarkən yarıya bölümnmüş avtomobil, məktublar, fotolar və s. saxlanılır. Bu muzeyin yaradılmasında məqsəd ayrılan cütlüklərin sevgi iztirablarını azaltmaq idi.
Meksikanın Kankun şəhərində sualtı muzey

Bu muzey 10 metr dərinlikdə yerləşir. Akvalanaq köməyi ilə sualtına enənlər 400-dən çox maraqlı ekponata tamaşa edə bilərlər. Heykəltaraş Ceyson de Kayres Teylor əsərlərini hazırlamaq üçün 120 ton sement, 400 kq. silikondan istifadə edib. "Dinc təkamül" adı verilmiş ekspozisiyanın hazırlanmasına il yarım vaxt sərf olunub.
Ölüm muzeyi

Bu dünyada başı çox dərd çəkmiş insanlar üçün Los-Anceles şəhərində ölüm muzeyi yaradılıb. Azyaşlı uşaqların və hamilə qadınların daxil olması qadağan olunan bu muzeydə axirət dünyası, ölümlə bağlı olan çox qorxunc faktlar və fotometirallar yer alıb.
Pis incəsənət muzeyi

Boston şəhərində yaradılmış bu muzeydə 800-dən çox qəribə rəsm əsəri sərgilənir. Maraqlıdır ki, cızma- qaranı xatırladan bu əsərlərdən biri 90-cı illərdə oğurlanıb və oğurlanmış əsər üçün mükafat verilsə də o geri qaytarılmayıb.
Parisdə kanalizasiya muzeyi

İldə 100 min insanın tamaşa etdiyi bu muzey kanalizasiyaların yaranma tarixi barəsində məlumat verir.
Yaponiyanın qar dənələri muzeyi

Alim Nakaya Ukitironun yaratdığı bu muzeydə bənzərsiz qar dənəciklərinin şəkilləri qortunub saxlanılır. Buz mağaralarında qurulmuş bu muzeydə 200-dən çox unikal qar dənəsinin fotosu var. Qeyd edək ki, qar dənələri 95 faiz havadan ibarətdir və bir- birlərini əsla təkrar etmirlər.
Stokolm şəhərində isə rəqs muzeyi mövcuddur.

Bu muzeydə dünyada mövcud olan rəqs ansambllarının geyim nümunələri, müxtəlif xalqların milli rəqsləri barəsində məlumat əldə etmək olar.
Macarıstanda isə marsipan muzeyi fəaliyyət göstərir.

Şirniyyatçı Karoy Sabonun açdığı bu muzeydə həm şirniyyatın dadına baxa bilərsiniz, həm də marsipandan hazırlanmış dadlı və heyrətamiz fiqurlara tamaşa edə bilərsiniz.
Türkiyədə saç muzeyi

1979-cu ildə Kapadokiyada yaradılmış bu maraqlı muzey əvvəllər duslusçu emalatxanası olub. Maraqlı yaranma tarixçəsi vardır. Emalatxanada işləyən dulusçu sevgilisindən ayrılarkən qadın ona saçlarını kəsib bağışlayır , o da bunu emalatxanasından asır. Sonralar bu hekayəni duyan hər kəs emalatxanda öz saçlarından bir tutam kəsib hədiyyə qoyur. İldə bir dəfə bu muzeydə ən gözəl saç yarışması keçirilir, qalibə Kapodokiyada bir həftəlik pulsuzistirahət şansı verilir.
Yalan muzeyi

Almaniyanın Kürits şəhərində yalan muzeyi mövcuddur. Bu muzeydə dünyada mövcud olan ən məşhur muzey eksponatlarının saxtaları nümayiş etdirilir, Məsələn Van Qoqun kəsilmiş qulağı, Hitlerin bığı və s.
Makaron muzeyi

İtaliyanın Makaron muzeyi Parma vilayətində fəaliyyətdədir. Bu muzeydə ilk makaronların necə hazırlanması, qədim makaron dəzgahları, çörək- bulka məmulatları barəsində məlumatlar almaq olar.
İlhamə Rəsulova






