Dünyanın hər bir dövlətinin öz qaydaları və qadağaları vardır. Ancaq bəzi ölkələrdə olan qadağalar insanları heyrətə gətirir. O da faktdır ki, bir ölkədə qadağan edilmiş bir iş başqa bir ölkədə normal olaraq qəbul edilə bilər. Bəzi ölkələrin bizə görə fərqli və qeyri-adi görünən qadağalarına diqqət yetirək.
1. İtaliyanın Kapri turist qəsəbəsində tərlik və ayaqqabı ilə çimərliklərə getmək qadağandır. Bunun səbəbi sahildə yatanların səs-küydən oyanmalarının qarşısını almaqdır.
2. Kanadanın bəzi bölgələrində fit çalmaq cinayətdir. Kanadalılar bunun uğursuzluq gətirdiyini güman edirlər.
3. Burundidə səhər qaçmaq qadağandır. Bunun səbəbi odur ki, bu ölkədə qaçmaq döyüş üçün hazırlıq kimi qəbul edilir. Hər səhər mütəmadi olaraq qaçmağa çalışsanız, həbs edilə bilərsiniz.
4. Malayziyada sarı paltar geyinmək olmaz. Çünki Malayziya hökumətinə görə, sarı rəng etirazçıların rəngidir. (Bizimyol.info)






