Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fin körfəzində sovet sualtı qayığı tapılıb

Onu II Dünya müharibəsi zamanı almanlar batırıb

Fin körfəzindəki Seskar adasına yaxınlığında, "Böyük Qələbənin qayıqlarına baş əyirik" axtarış ekspedisiyasının iştirakçıları 1942-ci ildə batan Sovet sualtı qayığını tapıblar. Bu haqda məlumat “TASS” İA tərəfindən yayılıb.

Belə ki, 1942-ci ildə bir minaya toxunaraq partlayan “Щ-405” markalı sovet dizel sualtı qayığı artilleriya və mina-torpedo silahlına malik olub. Gəmi 1942-ci ilin iyununda Fin körfəzində batıb, onun heyətində olan 39 nəfərdən heç kim xilas ola bilməyib. Axtarış dəstəsinin üzvləri gəminin torpedo hissəsinin zədələndiyinin şahidi olublar. Ekspedisiyanın iştirakçıları sualtı qayıqdan fotoşəkil və video çəkiblər.

Qeyd edək ki, sualtı qayığın su üstünə çıxarılması planlaşdırılmır. Belə qayıqlar təsbit edildikdə Qərb Hərbi Dairəsinin hərbçiləri dənizçilər və dini xadimlərin iştirakı ilə ölən dənizçilərin xatirəsi yad edilir və gövdəsinə isə ekipaj üzvlərinin adları həkk olunmuş lövhə quraşdırılır. Fin körfəzində tapılan qayığa belə bir lövhənin yay aylarında quraşdırılacağı gözlənilir.

Xatırladaq ki, 2005-ci ildən etibarən axtarış ekspedisiyası Finlandiya və Estoniyadan olan həmkarları ilə birlikdə 11 sualtı qayıq tapa biliblər. 2020-ci ilə, Qələbənin 75 ildönümünə qədər ekspedisiya üzvləri II Dünya müharibəsi zamanı Fin körfəzində batan bütün sualtı qayıqları tapmağı hədəfləyirlər. (Bizimyol.info)

Son xəbərlər
Bütün xəbərlər »