Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna və Britaniya XİN başçıları ikitərəfli əməkdaşlıq perspektivini müzakirə ediblər
Ukrayna və Britaniya XİN başçıları ikitərəfli əməkdaşlıq perspektivini müzakirə ediblər

Ukrayna və Böyük Britaniyanın xarici işlər nazirləri Andrey Sibiqa və Ed Milibend telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığın gələcək inkişafını müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Sibiqa "X" sosial şəbəkəsində məlumat yayıb.

"Mən Ed Milibendi yeni vəzifəsi münasibətilə təbrik etdim və Rusiyanın genişmiqyaslı hərbi əməliyyatlarının ilk günlərindən Ukraynaya göstərdiyi qətiyyətli dəstəyə, o cümlədən hərbi, enerji, humanitar, iqtisadi yardıma və sanksiyalara görə Birləşmiş Krallığa təşəkkür etdim. Biz əməkdaşlığımızın daha da möhkəmləndirilməsini, hərbi yardımın davam etdirilməsini, qış ərəfəsində Ukraynanın enerji sektoruna dəstəyi, Rusiyaya təzyiqlərin artırılmasını müzakirə etdik", - Ukraynanın XİN başçısı bildirib.

Sibiqa Milibendi həmçinin Ukraynaya səfərə dəvət edib.

Son xəbərlər
Bütün xəbərlər »