Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Vitkoff və Kuşnerin İranla bağlı danışıqlarını müsbət qiymətləndirib
ABŞ Vitkoff və Kuşnerin İranla bağlı danışıqlarını müsbət qiymətləndirib

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və prezidentin kürəkəni Cared Kuşner Dohada region liderləri ilə məhsuldar görüşlər keçiriblər.

Bizimyol.info xəbər verir ki, b u barədə "Bloomberg" agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İranla texniki səviyyədə danışıqlar davam edir.

Bundan əvvəl Qətər Xarici İşlər Nazirliyi bildirmişdi ki, ölkənin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani Stiv Vitkoff və Cared Kuşnerlə İran və ABŞ arasında hərbi əməliyyatların dayandırılmasına dair memorandum çərçivəsində aparılan danışıqları müzakirə edib.

Görüş zamanı tərəflər Yaxın Şərqdəki son vəziyyət ətrafında da fikir mübadiləsi aparıblar. Müzakirələrdə xüsusilə Livanda qüvvədə olan atəşkəs məsələsinə diqqət yetirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »