Kahıdan çıxan nadir kərtənkələ sosial şəbəkədə əməlli-başlı mövzuya çevrilib. “Twitter”dən paylaşılan kiçik kərtənkələnin doğrudan da nadir “Yaşılıstan” adlanan növdən olduğu aydınlaşıb.
Belə ki, sosial şəbəkə istifadəçisinin birinin dietə başlamaq həvəsi “Yaşılıstan” adlanan bu gözəl kərtənkələ ilə üz-üzə gətirib. Bazardan aldığı torbada bir müddət soyuducuda saxladığı kahını istifadəçi salat hazırlamaq üçün yuyarkən şoka düşüb. Kahının içərisində dondurulmuş kərtənkələni görən istifadəçi hadisəni “Twitter” səhifəsində paylaşıb. Bir çox istifadəçi fotoşəkilləri “Kahının içindən çıxan məxluq” kimi qeyd edib.

Qeyd edək ki, “Lacerta” növündən olan bu nadir kərtənkələlər ya tamamilə yaşıl olur, ya da gövdəsinin əksər hissəsi yaşıl rəngdə olur. Türkiyədə əhali arasında bu kərtənkələrin ümumi adı “Yaşılıstan”dır. Bu adda qeyd olunanlar boyu ən uzun kərtənkələlərdir. “Yaşılıstan”ların ümumi nümayəndəsi “Lacerta Viridis”, ikincisi isə “Lacerta “Trilineata”dır.
“Lacerta”nın digər növləri: binlardır: “Lacerta Lepida”, “Lacerta Agilis”, “Lacerta Zootoka”. Anadoluda yaşıl kərtənkələ olan salamanderlər də “Yaşılıstan” növünə aid edilir. Ölçüləri növündən asılı olaraq 40–90 sm arasında dəyişir. Ən uzun növlər “Lacerta Lepida”dır və elmi tədqiqatlar zamanı 90 sm ölçüsü olanlara da rast gəlmək mümkündür. “Yaşılıstan” kolluqlarda, çayırlıqlarda, çəmənliklərdə, daşların və divarların aralıqlarında və s. yerlərdə yaşayır, bəzən yaşadıqları yerlərdə qış yuxusuna gedir. (Bizimyol.info)






