Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazirin maaşı yarıbayarı azaldıldı – Yeni qərar qüvvədə
Baş nazirin maaşı yarıbayarı azaldıldı – Yeni qərar qüvvədə

Macarıstan parlamenti baş nazir, nazirlər, parlament rəhbərliyi və deputatların əməkhaqlarının kütləvi şəkildə azaldılmasını nəzərdə tutan qərarı təsdiqləyib. Bu barədə “Clash Report” məlumat yayıb. Qərara əsasən, ölkənin baş naziri Peter Madyarın aylıq gəliri 50 faizdən çox azaldılaraq 7,8 milyon forintdən 3,8 milyon forintə (təxminən 36 min manatdan 17 min 500 manata) endirilib. Hökumət üzvləri və deputatların da maaşlarında orta hesabla 40 faizə yaxın azalma tətbiq olunub. Bu cür addımlar Azərbaycanda hazırkı iqtisadi və institusional şərait nəzərə alınsa, tətbiqi real görünməyən qərarlar sırasındadır. Daha çox diqqət maaşların azaldılmasına deyil, dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi və səmərəliliyin artırılması istiqamətində cəmlənir.

İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda bunu da hamı bilir ki, yüksək vəzifəlilər və deputatlar təkcə maaşla dolanmırlar.

Ekspert deyib: “Axı biz, Macarıstan deyilik. Macarıstan Avropa Birliyində korrupsiyaya ən çox məruz qalan ölkələrdən biri idi, yəni orada da hər şey tam düzgün qurulmayıb. Amma buna baxmayaraq, Avropa Birliyində ümumilikdə bizim qədər korrupsiya halları yoxdur. Bizdə isə məmurlar arasında korrupsiya halları var. Yəni bizdə də bəzi deputatlar kimisə tapşırır, pul alır, biznesləri var, sahibkarlıqla məşğul olurlar. Onlar aldıqları maaşı onsuz da özlərinə xərcləmirlər. Hətta bəzən xeyriyyəçilik üçün də istifadə edirlər.

Deputatlar niyə istəyridi ki, maaşları qalxsın? Onlar ona görə maaş artımı istəyirdi ki, kimsə yardım üçün gələndə desin: "Mənim maaşım budur, al götür xərclə".

Əkrəm Həsənov sonda əlavə edib: "Mən demirəm bütün deputatlar belədir, amma əksəriyyəti belədir. Bu baxımdan maaşın azaldılması və ya artırılması elə də ciddi bir dəyişiklik yaratmır".

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »