Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quterreş ABŞ–İran arasında tam atəşkəs və Hörmüz boğazında dəniz nəqliyyatının bərpasına çağırıb
Quterreş ABŞ–İran arasında tam atəşkəs və Hörmüz boğazında dəniz nəqliyyatının bərpasına çağırıb

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və İran arasında tam atəşkəsin əldə olunmasına və Hörmüz boğazında gəmiçiliyin maneəsiz şəkildə bərpa edilməsinə çağırış edib.

Bizimyol.info xəbər verir ki, o, "X" sosial şəbəkə platformasında paylaşımında bildirib ki, Birləşmiş Ştatlar ilə İran arasında gərginliyin azaldılması və hərbi toqquşmaların dayandırılması qlobal sabitlik üçün mühüm əhəmiyyət daşıyır.

Quterreş xüsusilə Hörmüz boğazı ətrafında dənizçilik hüquqlarına qoyulan məhdudiyyətlərin dünya miqyasında ciddi çətinliklər və qeyri-sabitlik yaratdığını vurğulayıb.

BMT baş katibi qeyd edib ki, beynəlxalq hüquqa uyğun olaraq dəniz nəqliyyatının azadlığı təmin edilməli, bölgədə gərginliyin artmasına səbəb olan addımlardan çəkinilməlidir. Onun sözlərinə görə, dünyaya tam atəşkəs və gəmiçiliyin təhlükəsizliyinin bərpası lazımdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »