Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa: Paris və Vaşinqton NATO çərçivəsində müttəfiq olaraq qalır
Fransa: Paris və Vaşinqton NATO çərçivəsində müttəfiq olaraq qalır

Fransa və ABŞ arasında bəzi fikir ayrılıqları olsa da, o cümlədən İranla bağlı məsələlərdə, iki ölkə hələ də NATO çərçivəsində müttəfiqdir.

Bizimyol.info xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr naziri Katrin Votrən Sinqapurda keçirilən beynəlxalq təhlükəsizlik forumu “Şanqri-La Dialoqu”nun plenar iclasında bildirib.

“Əlbəttə, biz müttəfiqik. Bəli, biz hər zaman razılaşmaya bilərik, amma müttəfiq olaraq qalırıq”, - deyə nazir vurğulayıb.

Votrən ABŞ və Fransa arasında fikir ayrılıqlarının NATO daxilindəki münasibətlərə necə təsir etdiyinə dair sualı cavablandırarkən əlavə edib ki, Fransa Yaxın Şərqdə hərəkətlərini “hücum yox, müdafiə baxışından” həyata keçirir.

Eyni zamanda, Fransanın müdafiə naziri ABŞ-la NATO çərçivəsində əməkdaşlıq mövzusunun iyul ayında keçiriləcək alyans sammitində ətraflı və konkret şəkildə müzakirə olunacağını da bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »