Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qara dənizdə türk şirkətinə məxsus yük gəmisinə PUA hücumu olub
Qara dənizdə türk şirkətinə məxsus yük gəmisinə PUA hücumu olub

Türkiyə Xarici İşlər Nazirliyi Qara dənizdə Odessa limanından Türkiyəyə doğru hərəkətdə olan türk şirkətinə məxsus quru yük gəmisinin pilotsuz uçuş aparatı ilə hücuma məruz qaldığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, Vanuatu bayrağı altında üzən gəmi mayın 28-nə keçən gecə hücuma məruz qalıb. Hadisə nəticəsində ekipaj üzvü olan iki Türkiyə vətəndaşı yüngül xəsarət alıb.

Bildirilib ki, gəmidə çalışan Türkiyə vətəndaşlarının vəziyyəti Odessa Baş Konsulluğu tərəfindən yaxından izlənilir.

Açıqlamada son dövrlər Qara dənizdə müşahidə olunan müharibə ilə əlaqəli gərginliyin bölgə üçün yaratdığı risk və təhdidlərə diqqət çəkilib. Türkiyəyə mümkün mənfi təsirlərlə bağlı xəbərdarlıqların bütün tərəflərə müxtəlif səviyyələrdə çatdırıldığı vurğulanıb.

Türkiyə Xarici İşlər Nazirliyi həmçinin Qara dənizdə mülki gəmilərin təhlükəsiz hərəkətinin qorunmasının vacibliyini qeyd edib və müharibənin danışıqlar yolu ilə başa çatdırılması çağırışını bir daha təkrarlayıb.

Açıqlamada gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyi vurğulanaraq, bölgədə sabitliyin qorunması və sülh prosesinin sürətləndirilməsi üçün nəticəyönümlü təşəbbüslərə hazır olunduğu bildirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »