Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: Belarus Kuba üçün əlindən gələni etməyə hazırdır
Lukaşenko: Belarus Kuba üçün əlindən gələni etməyə hazırdır

Belarus prezidenti Aleksandr Lukaşenko Minskin Havana üçün əlindən gələni etməyə hazır olduğunu və vəziyyətin buna imkan verdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "BelTA" xəbər agentliyi məlumat verib.

Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasından əvvəl Belarus lideri Kubanın vitse-prezidenti Salvador Valdes Mesa ilə görüşüb.

"Biz dost ölkəmizin ətrafında baş verənlərdən yaxşı xəbərdarıq. Kuba üçün əlimizdən gələni etməyə hazırıq və vəziyyət buna imkan verir. Razılaşdığımızı ciddi şəkildə həyata keçirəcəyik. Əlavə təklifləriniz varsa, onları nəzərdən keçirməyə hazırıq", - deyə Belarus lideri Kubanın vitse-prezidentinə xitabən bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »