Hindistanın şimalındakı Uttar-Pradeş ştatında tikilməkdə olan körpünün bir hissəsinin uçması nəticəsində azı altı fəhlə həlak olub, bir neçə nəfər isə xəsarət alıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə cümə gününə keçən gecə güclü fırtına zamanı Hamirpur dairəsində baş verib. Uçan konstruksiyanın dağıntıları altında insanların qala biləcəyi ehtimal olunur.
Hadisə yerində xilasedici qruplar axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Bizimyol.info






