Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp əmindir ki, İranın zənginləşdirilmiş uran ehtiyatı məhv ediləcək
Tramp əmindir ki, İranın zənginləşdirilmiş uran ehtiyatı məhv ediləcək

ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatının ya utilizasiya üçün ABŞ-a veriləcəyini, ya da İranın özündə və ya uyğun hesab edilən başqa bir yerdə məhv ediləcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ lideri mayın 25-də Truth Social platformasında yazıb.

“Zənginləşdirilmiş uran (nüvə tozu!) ya dərhal ABŞ-a təhvil verilərək çıxarılacaq və məhv ediləcək, ya da yerində və ya münasib sayılan başqa bir məkanda, tercihen İran İslam Respublikası ilə qarşılıqlı fəaliyyət və razılaşma çərçivəsində məhv olunacaq”, - deyə o qeyd edib.

Tramp həmçinin bildirib ki, bu proses zamanı aidiyyəti beynəlxalq qurum müşahidəçi qismində çıxış etməlidir.

Bundan əvvəl Vaşinqton yaxınlığındakı Arlington Milli Qəbiristanlığında ABŞ hərbçilərinin anım gününə həsr olunan tədbirdə çıxış edən Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağına əmin olduğunu vurğulayıb.

İran rəsmiləri isə dəfələrlə bəyan ediblər ki, ölkənin nüvə silahı əldə etmək niyyəti yoxdur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »