Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp mayın 23-də İran məsələsini Fars körfəzi ölkələrinin liderləri ilə müzakirə edəcək
Tramp mayın 23-də İran məsələsini Fars körfəzi ölkələrinin liderləri ilə müzakirə edəcək

ABŞ Prezidenti Donald Tramp mayın 23-də Fars körfəzi ölkələrinin liderləri ilə müşavirə keçirməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə CBS telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, məsləhətləşmələr videokonfrans formatında baş tutacaq.

Tramp daha əvvəl "Axios" portalına müsahibəsində İranla razılaşmanın əldə olunması və ya hərbi əməliyyatların yenidən başlaması ehtimallarını “50-nin 50-yə” olduğunu demişdi. O əlavə etmişdi ki, mayın 23-də danışıqlar aparan komandası ilə müşavirə keçirəcək və mayın 24-də İranla mümkün hərbi əməliyyatların bərpası ilə bağlı qərar verəcək.

ABŞ lideri CBS-ə müsahibəsində Vaşinqton və Tehran arasında razılaşma layihəsinin artıq hazır olduğunu bildirib, lakin sənədi təsdiqləyib-təsdiqləmədiyini açıqlamayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »