Azərbaycan Hava Yolları (AZAL) hava şəraitinin əlverişsiz olması səbəbindən Bakı–Naxçıvan–Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.
Bizimyol.info xəbər verir ki, bu barədə aviaşirkət rəsmi açıqlama yayıb.
Bildirilir ki, Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında davam edən pis hava şəraiti sərnişinlərin təhlükəsizliyini risk altına atdığı üçün bütün uçuşlar müvəqqəti dayandırılıb. Sərnişinlərin rahatlığı və təhlükəsizliyi təmin olunması məqsədilə hava limanında bütün zəruri tədbirlər görülür.
AZAL-dan qeyd edilib ki, hava şəraiti stabilləşdikdən sonra Bakı–Naxçıvan–Bakı reysləri əvvəlki cədvəl üzrə davam etdiriləcək. Sərnişinlərə uçuşların vəziyyəti barədə məlumat almaq üçün aviaşirkətin rəsmi saytına və ya müştəri xidmətinə müraciət etmələri tövsiyə olunur.






