Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Köhnə sistemlə müqayisə doğru deyil” – Hacıyev qiymətlərə münasibət bildirdi
“Köhnə sistemlə müqayisə doğru deyil” – Hacıyev qiymətlərə münasibət bildirdi

“Hazırda komforun qiyməti 81 manatdır. Sonrakı mərhələlərdə qiymətlər seçilən sinifə və tarixə görə dəyişəcək” bu barədə Bizimyol. info xəbər portalına danışan Azərbaycan Dəmir Yolları-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, satış sistemi aktiv olduqdan sonra sərnişinlərə səyahət sığortası ilə bağlı məlumat da təqdim olunacaq.

Onun sözlərinə görə, sığorta məsələsi sərnişinin özü tərəfindən həll edilməlidir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev Bəxtiyar Hacıyev

“ Yeni satış platformasında sərnişin bilet alarkən sistem avtomatik olaraq tələb olunan səyahət sığortası barədə məlumat verəcək. Hazırda müxtəlif siniflər üzrə (xüsusilə komfort sinfi) satışların tezliklə tam açılması gözlənilir və biletlər rəsmi olaraq satışa çıxarılacaq”-deyən Bəxtiyar Haclyev bildirib ki, 2024-cü ildən etibarən dinamik qiymət siyasəti tətbiq olunur. Bu o deməkdir ki, biletlər satışa çıxarıldığı ilk günlərdə daha ucuz olur və səyahət tarixinə yaxınlaşdıqca qiymətlər artır. Buna görə də sərnişinlər 20–30 gün əvvəldən bilet alsalar, daha sərfəli qiymətlərdən yararlana bilərlər.

O hmçinin bildirib ki, sosial şəbəkələrdə 2019-cu ilin qiymətləri ilə müqayisə aparılması isə doğru yanaşma deyil. Çünki artıq tamamilə yeni sistem, yeni qatarlar və yeni xidmət standartları tətbiq olunur. Köhnə plaskart və ya adi kupe modelləri ilə müqayisə etmək düzgün olmaz, çünki bu, tamamilə fərqli nəqliyyat konsepsiyasıdır.

“Yeni qatarlar daha müasir, daha komfortlu və əlavə xidmətlərlə təchiz olunub. Burada sərnişinlər üçün yüksək səviyyəli rahatlıq, fərdi məkanlar, ailəvi bölmələr və müasir sanitar qovşaqlar mövcuddur. Hətta bəzi bölmələrdə arakəsməli oturacaqlar da nəzərdə tutulub ki, bu da ailə və ya qrup halında səyahət edənlər üçün əlavə üstünlük yaradır”-deyən Bəxtiyar Hacıyev bildirib ki, ümumilikdə bu sistem xidmət və komfort baxımından əvvəlki illərlə müqayisədə daha yüksək səviyyəni təqdim edir və müasir standartlara uyğun şəkildə qurulub.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »