Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Si Cinpinq Trampla görüşdə Putini xatırladıb
Si Cinpinq Trampla görüşdə Putini xatırladıb

Çin Xalq Respublikasının sədri Si Cinpinq ABŞ prezidenti Donald Trampa Pekindəki Dövlət Rezidensiyası Çjunnanhaydakı ekskursiya zamanı 2024-cü ildə həmin yerdə Rusiya lideri Vladimir Putinlə görüşdüyünü xatırladıb.

Bizimyol.info xəbər verir ki, "The New York Times" qəzetinin məlumatına görə, qeyri-rəsmi söhbət zamanı Tramp Si Cinpinqdən soruşub ki, o, xarici liderləri rezidensiyada tez-tez qəbul edirmi. Çin sədri “Çox nadir hallarda” cavabını verib, lakin 2024-cü ildə həmin yerdə Rusiya prezidentinin də olduğunu xatırladıb.

ABŞ prezidenti Çinə 13-15 may tarixlərində rəsmi səfərdə olub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »