Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranla bağlı münaqişənin davam etməsi üçün səbəb yoxdur - Çin XİN
İranla bağlı münaqişənin davam etməsi üçün səbəb yoxdur - Çin XİN

İran münaqişəsinin davam etməsi üçün heç bir səbəb yoxdur və onun tezliklə həll olunması həm Tehrana, həm də Vaşinqtona faydalıdır.

Bizimyol.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyi (XİN) bildirib.

“Bu münaqişə, əsla baş verməməli olan bir hadisədir və davam etməsi üçün heç bir səbəb yoxdur. Vəziyyətin tezliklə həlli həm ABŞ-a, həm İrana, həm də region ölkələrinə və ümumilikdə dünyaya faydalıdır”, – deyə Çin Xarici İşlər Nazirliyinin saytında yayılan bəyanatda bildirilib.

ABŞ və İsrail 28 fevral tarixində İrana qarşı müharibə başlayıblar. 7 aprel tarixində ABŞ Prezidenti Donald Tramp İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, 40 gün davam edən müharibə nəticəsində amerika-İsrail zərbələri səbəbindən 3 375 iranlı həyatını itirib.

11 aprel tarixində Tehran və Vaşinqton nümayəndələri İslamabadda danışıqlar aparıblar, lakin bəzi fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli üzrə razılığa gələ bilməyiblər. 21 aprel tarixində ABŞ Prezidenti İrana qarşı atəşkəs rejiminin uzadılacağını açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə, Tehran ABŞ tərəfindən birtərəfli elan edilən atəşkəsin uzadılmasını tanımayacaq və öz maraqlarına uyğun hərəkət edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »