Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampı Pekin hava limanında Çin sədrinin müavini Han Çjen qarşıladı
Trampı Pekin hava limanında Çin sədrinin müavini Han Çjen qarşıladı

Çin Xalq Respublikasının sədr müavini Han Çjen ABŞ prezidenti Donald Trampı Pekində yerləşən Şoudu beynəlxalq hava limanında qarşılayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bununla da Trampın Çinə dövlət səfərinin rəsmi olaraq başladığı bildirilib. Səfər çərçivəsində ABŞ prezidenti Çin sədri Si Cinpinqlə danışıqlar aparacaq. Gözlənilir ki, tərəflər ilk növbədə iki ölkə arasında mövcud olan ticarət-iqtisadi ziddiyyətlərin həlli məsələsinə diqqət ayıracaqlar. Bundan əlavə, qlobal gündəmin əsas problemlərinin də müzakirə olunacağı gözlənilir.

Pekində təhlükəsizlik tədbirləri gücləndirilib. ABŞ liderinin hərəkət edəcəyi bütün avtomobil yolları ciddi nəzarətə götürülüb.

Tramp mayın 15-dək Çində qalacaq. Ağ evin məlumatına görə, onu iri şirkət rəhbərlərindən ibarət geniş nümayəndə heyəti müşayiət edir. Beynəlxalq KİV-lərin yazdığına əsasən, ABŞ prezidenti Si Cinpinqlə İranla bağlı qarşıdurma və Tayvan məsələsi də daxil olmaqla bir sıra mühüm mövzuları müzakirə etməyi planlaşdırır. ABŞ lideri sonuncu dəfə 2017-ci il 8–10 noyabr tarixlərində Çinə dövlət səfəri etmişdi.

Mayın 9-da isə Rusiya prezidenti Vladimir Putin jurnalistlərlə görüşündə bildirib ki, Pekinlə Vaşinqton arasında konstruktiv əməkdaşlıq və qarşılıqlı fəaliyyət Moskva üçün yalnız fayda gətirir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »