Şiə təşkilatı “Hizbullah” təslim olmayacaq və Livanı ABŞ-İsrail aqressiyasından qoruyacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə təşkilatın baş katibi şeyx Naim Kassem Telegram kanalında dərc olunmuş yazılı müraciətində bildirib.
“İslam müqavimət qüvvələri silahı yerə qoymayacaq. Biz döyüş meydanını tərk etməyəcəyik və onu İsrail hərbçiləri üçün cəhənnəmə çevirəcəyik”, – deyə siyasi lider qeyd edib. Onun sözlərinə görə, Livan “heç vaxt İsrailin bir hissəsinə çevrilməyəcək”.
Şeyx Kasseminin açıqlaması İsrail elit “Golani” diviziyasının səkkiz hərbçisinin Litani çayının şimal sahilində keçirilən əməliyyat zamanı yaralanması ilə bağlı məlumatdan sonra yayımlanıb.
"Al Jazeera" telekanalının məlumatına görə, şiə döyüşçüləri Zautar-əş-Şarqiya şəhərinə yaxın ərazilərdə İsrail qüvvələri ilə toqquşub, nəticədə “Hizbullah” itkilər verub. İsrail əməliyyatının məqsədi həmin ərazidəki hərbi bazanı məhv etmək olub; buradan Livandakı İsrail işğalçı qüvvələrinə qarşı istifadə edilən kamikaze tipli pilotsuz uçuş aparatları buraxılır.
Bizimyol.info






