Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sara Netanyahu məhkəmədə sabiq əməkdaşına qalib gəlib: 100 min şekel təzminat alacaq
Sara Netanyahu məhkəmədə sabiq əməkdaşına qalib gəlib: 100 min şekel təzminat alacaq

Tel-Əviv məhkəməsi Sara Netanyahu ilə onun sabiq əməkdaşı Silvi Genezia arasındakı iddia üzrə qərarını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, altı illik mübahisədən sonra baş nazirin həyat yoldaşı iftira və şəxsi həyatın toxunulmazlığının pozulması işi üzrə zərərçəkmiş tərəf kimi tanınıb.

Məhkəmə qərarına görə, Silvi Genezia Sara Netanyahuna 100 000 şekel (təxminən 485,000 manat) təzminat ödəməli və məhkəmə xərclərini tamamilə qarşılmalıdır. Qərar 6 may 2026-cı ildə hakim İlan Ronen tərəfindən verilib. Daha əvvəl çıxarılmış qərar prosedur mübahisələri səbəbindən ləğv edilərək iş yenidən baxılıb.

Hakim proses zamanı vəkil Ofir Şimşonun davranışına da diqqət yetirib. Şimşon uzun aylar ərzində sənədləri vaxtında təqdim etməyərək və məhkəmə göstərişlərini nəzərə almayaraq sistematik şəkildə məhkəməyə hörmətsizlik göstərib. Öz hərəkətlərini rezerv xidmətinə (miluim) əsaslandırmağa çalışsa da, məhkəmə bunu qəbul etməyib. Qərarda qeyd olunur ki, minlərlə israilli hüquqşünas hərbi xidməti və peşə vəzifələrini uğurla birləşdirir.

Nəticədə, Şimşona məhkəməyə hörmətsizlik və prosesi qəsdən uzatmaq səbəbindən 20 000 şekel cərimə tətbiq olunub. Beləliklə, altı illik dava baş nazirin həyat yoldaşının xeyrinə yekunlaşıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »