Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Yaxın Şərqdə ABŞ-a aid 228 hərbi obyektə zərər verib - "WP"
İran Yaxın Şərqdə ABŞ-a aid 228 hərbi obyektə zərər verib - "WP"

İran Yaxın Şərqdə ABŞ-a aid ən azı 228 hərbi obyekti zədələyib və ya məhv edib, lakin ABŞ rəsmiləri faktiki ziyanın miqdarını açıq şəkildə təsdiqləmirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə peyk görüntülərini təhlil edən "The Washington Post" (WP) qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, İran hava zərbələri nəticəsində anqarlar, kazarmalar, yanacaq anbarları, radarlar, rabitə sistemləri və hava hücumundan müdafiə avadanlıqlarını hədəfə alıb. Hava zərbələri təhlükəsi səbəbindən ABŞ regiondakı bazalarını tam gücü ilə istifadə edə bilmir. Qəzetə danışan mənbələr bildiriblər ki, əməliyyatın əvvəlində işçi heyətin böyük hissəsi İran raketlərinin çatmadığı digər obyektlərə köçürülüb.

Ekspertlərin fikrincə, ABŞ hərbçiləri İranın hədəfə yönəldilmiş zərbə sistemləri qabiliyyətini düzgün qiymətləndirməyiblər, müasir pilotsuz uçuş aparatlarına qarşı müdafiəni təkmilləşdirməyiblər və bəzi bazaları kifayət qədər qorumağa nail olmayıblar. Lakin ekspertlər vurğulayırlar ki, İranın zərbələri ABŞ Silahlı Qüvvələrinin bombardman əməliyyatlarını aparmaq qabiliyyətinə əhəmiyyətli təsir göstərməyib.

Qəzetin araşdırmasında İranda yayımlanan peyk görüntələrindən istifadə olunub və "WP" qeyd edir ki, görüntülərdə montaj əlamətləri aşkarlanmayıb. ABŞ hökumətinin tələbi ilə peyk görüntüləri üzrə ixtisaslaşan Vantor və Planet şirkətləri əməliyyat zamanı bölgənin şəkillərinə çıxışı məhdudlaşdırıblar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »