Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubanın bəzi kəndlərinin adları dəyişdirilir
Qubanın bəzi kəndlərinin adları dəyişdirilir

Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan yaşayış məntəqələrinin adları dəyişdirilir.

Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin mayın 6-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Quba rayonunun Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının dəyişdirilərək müvafiq olaraq, “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması təklif olunur.(azərtac)

Son xəbərlər
Bütün xəbərlər »