Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları 18 yeni maddə ilə genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları 18 yeni maddə ilə genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirərək qara siyahıya 10 fiziki şəxs və 8 şirkəti əlavə edib. Bu şirkətlər arasında Kamerun, Çin və Tayland mənşəli şirkətlər də var.

Bizimyol.info xəbər verir ki, məlumat Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan sənəddə yer alıb.

Bundan əlavə, sanksiyalar 17 əlavə şirkət və fiziki şəxsi də əhatə edib. Xüsusilə, Rusiyanın “Eltex Komponent”, “SNK Treyd” şirkətləri, Çində qeydiyyatdan keçmiş "M9 Logistics Ltd" və M9 "Logistics Co", Tayland şirkətləri "Sea 2 Sky" və "Canopus Trading Group", "Tanaq", eləcə də Kamerunun "Enangue Holding" şirkətləri sanksiyalar siyahısına düşüb.

Fiziki şəxslər arasında qara siyahıya Elmir Sayfullin, Çulpan İslamova, Savsan Yusupova, Sergey Kaşçenko, Mixail Volovik, Yegor Nikitin, Anastasiya Barişeva, Konstantin Trifonov, Pavel Nikitin, həmçinin Fransız və Kamerun vətəndaşı Mişel Gai Ateba daxil edilib. Belarusda doğulmuş Pavel Nikitin isə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin izahında "Rustakt" və "Santross" şirkətlərinin sahibi kimi göstərilir.

Sənəddə qeyd olunur ki, sanksiya siyahısına daxil olan şirkətlərin Britaniya banklarındakı hesabları aşkar edildikdə, onlar dondurulacaq, fiziki şəxslərə isə ölkəyə giriş qadağan olunacaq.

Bundan əvvəl, Rusiyanın Böyük Britaniyadakı səfirliyi anti-Rusiya sanksiyalarının həmin qərarı qəbul edən Qərb ölkələrinin iqtisadiyyatına zərər verdiyini və Britaniya əhalisi arasında yorğunluq yaratdığını bildirirdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »