Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvanın yaşayış binasına dron çırpılıb: üç otaq zədələnib
Moskvanın yaşayış binasına dron çırpılıb: üç otaq zədələnib

Moskvanın Mısfilsovskaya küçəsində yerləşən yaşayış binasına pilotsuz uçuş aparatı (dron) çırpılıb.

Bizimyol.info xəbər verir ki, hadisə barədə məlumatı Rusiya paytaxtının meri Sergey Sobyanin verib.

Onun sözlərinə görə, zərbə nəticəsində binadakı mənzillərdən birində üç otağın divarları uçub. İlkin məlumatlara əsasən, hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə təcili xidmətlər cəlb olunub, binada baxış keçirilir və dəymiş ziyanın miqyası qiymətləndirilir.

Qeyd olunur ki, bu, son dövrlərdə dronun birbaşa Moskva şəhərinə qədər çatdığı nadir hallardan biridir. Adətən belə dronlar Rusiya paytaxtına yaxınlaşmadan əvvəl havada məhv edilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »