BƏƏ sahillərindəki Hörmüz boğazında bir tanker naməlum mərmilərlə vurulub.
Bizimyol.info xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Nəqliyyatı Koordinasiya Mərkəzi (UKMTO) məlumat verib.
"UKMTO Birləşmiş Ərəb Əmirliklərinin Fujayra şəhərindən 78 dəniz mili (125,9 km) şimalda baş verən hadisə barədə məlumat alıb. Tanker mənşəyi məlum olmayan mərmilərlə vurulub", - deyə mərkəz açıqlamasında bildirib.
Ekipaj təhlükəsizdir və hadisədən ətraf mühitə heç bir təsir yoxdur.
Bizimyol.info






