Polşa Prezidenti Karol Navrotski 3 may – Konstitusiya Günü münasibətilə ölkənin yeni əsas qanununun hazırlanması ilə bağlı şura yaradacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Rafal Leşkeviç məlumat verib.
“Prezident 3 may Konstitusiya Günündə Kral qalasında yeni konstitusiya ilə bağlı şura yaradacaq. Biz yeni əsas qanun üzrə şuranın formalaşdırılması prosesinə başlayırıq”, – deyə Leşkeviç Polsat telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, şuranın fəaliyyətində parlamentdə təmsil olunan bütün siyasi qrupların nümayəndələri, eləcə də ekspertlər iştirak edəcək. Mövcud planlara əsasən, yeni konstitusiya layihəsinin 2030-cu ildə Navrotskinin prezidentlik müddəti başa çatana qədər hazır olması nəzərdə tutulur.
Yeni əsas qanunun hazırlanması Navrotskinin seçkiqabağı əsas vədlərindən biri olub. Qeyd edək ki, Polşanın hazırkı konstitusiyası 1997-ci ildə qəbul edilib.
Bizimyol.info






