Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna 2027-ci ildə Aİ-yə üzvlük sazişini imzalamağı planlaşdırır
Ukrayna 2027-ci ildə Aİ-yə üzvlük sazişini imzalamağı planlaşdırır

Ukrayna 2027-ci ildə Avropa İttifaqına üzvlük haqqında sazişi imzalamağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə vitse-premyeri Taras Kaçka parlamentdə hökumətə suallar zamanı bildirib.

Onun sözlərinə görə, Ukrayna iyul ayından gec olmayaraq danışıqların bütün altı klasterini açmağı hədəfləyir. Kaçka xatırladıb ki, mart ayında ölkə bütün istiqamətlər üzrə texniki danışıqları uğurla başa çatdırmaq üçün ikinci şərtlər paketini alıb.

“Ümumilikdə Avropa İttifaqının 145 tələbi var. Onların əksəriyyəti Ukrayna qanunvericiliyinin Aİ standartlarına uyğunlaşdırılması ilə bağlıdır. Bu, həm də qanunların tətbiqi və institutların gündəlik fəaliyyəti məsələsidir”, – deyə o bildirib.

Hazırda Ukrayna Avropa Komissiyası ilə bütün altı klaster üzrə texniki iş aparır. Kaçkanın sözlərinə görə, bu klasterlərin açılması iyul ayından gec olmayaraq gözlənilir və bu, danışıqların uğurla yekunlaşmasına start verəcək.

O qeyd edib ki, növbəti 12–18 ay ərzində danışıqların böyük hissəsini bağlamaq mümkündür və artıq gələn il üzvlük sazişinin imzalanmasına nail olmaq olar. Daha sonra bu sənəd həm Aİ üzv ölkələrində, həm də Ukraynada ratifikasiya olunmalıdır ki, bu proses bir neçə il çəkə bilər.

Bundan əvvəl “Financial Times” yazıb ki, Prezident Vladimir Zelenskinin Ukraynanın Aİ-yə sürətli üzvlüyü ilə bağlı israrı Avropa paytaxtları ilə münasibətlərdə gərginliyi artırır. Eyni zamanda, ABŞ-ın Kiyevə dəstək məsələsini nəzərdən keçirdiyi bildirilir.

Məlumata görə, Aİ liderlərinin Ukraynanın üzvlüyünü sürətləndirməkdən imtina etməsi Kiyevdə narazılığı artırır, Zelenskinin daha çox avroskeptik ritorikası isə kompromis axtarışlarını çətinləşdirir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »