Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa XİN: Aİ mayın ortasından etibarən Kiyevə 90 milyard avro ayırmağa başlaya bilər
Fransa XİN: Aİ mayın ortasından etibarən Kiyevə 90 milyard avro ayırmağa başlaya bilər

Avropa İttifaqı Ukraynaya nəzərdə tutulan 90 milyard avroluq maliyyə paketindən ilk tranşların ödənilməsinə may ayının ortalarında başlaya bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro “France Info” radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, yekun razılaşma əldə olunduqdan dərhal sonra və çox güman ki, Macarıstanın vetosunun aradan qaldırılması ilə bağlı yaxın saatlar və ya günlərdə ilk ödənişlər həyata keçiriləcək.

“Biz mayın ortalarından etibarən ilk tranşları ayırmağa hazırıq”, – deyə Barro vurğulayıb.

Bundan əvvəl Kiprin Aİ Şurasına sədrliyi 20-ci sanksiya paketinin və Ukraynaya 90 milyard avroluq yardımın üzv ölkələrin səfirləri tərəfindən təsdiqləndiyini açıqlayıb. Qərarın 24 saat ərzində xarici işlər nazirləri səviyyəsində yazılı prosedurla rəsmiləşdiriləcəyi gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »