İranda yanvar ayındakı iğtişaşlar zamanı Tehran məscidini yandırmaqda və İsrail kəşfiyyatının maraqlarına xidmət etməkdə ittiham olunan Əmir Əli Mircafari hökm çıxarıldıqdan sonra çərşənbə axşamı səhər edam edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Mizan" xəbər agentliyi məlumat verib.
Qeyd olunur ki, Mircafari saxlanıldıqdan sonra iğtişaşlarda iştirak etdiyini, motosikleti yandırdığını və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etdiyini etiraf edib.
"Mizan"ın məlumatına görə, eyni vaxtda İranda iki digər vilayətdə də “düşmənlə əməkdaşlıq” ittihamı ilə 22 nəfər həbs cəzasına məhkum olunub.
İranda iğtişaşlar 2025-ci ilin 29 dekabrında rialın kəskin ucuzlaşması ilə bağlı küçə etirazlarından sonra başlayıb və əksər iri şəhərlərə yayıldı. İran Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, 8 yanvardan etibarən nümayişçilər arasında silahlı terrorçular peyda olub. Tehran iğtişaşların təşkilinə görə İsrail və ABŞ-ı günahlandırıb. 23 yanvarda Əraqçi ümumilikdə 3 117 nəfərin həyatını itirdiyini açıqlayıb, onların arasında həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşları olub.
Bizimyol.info






