Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna BKİ-i Krımda Rusiyanin iki desant gəmisini vurub
Ukrayna BKİ-i Krımda Rusiyanin iki desant gəmisini vurub

18-19 aprel gecəsi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) “Kabuslar” xüsusi təyinatlı dəstəsi işğal olunmuş Krımda iki böyük Rusiya desant gəmisinə uğurlu zərbələr endirib. Hədəflər 775-ci layihənin “Yamal” və 1171-ci layihənin “Nikolay Filçenkov” desant gəmiləri olub.

Bizimyol.info xəbər verir ki, BKİ Telegram kanalında bildirib ki, “zərbə zamanı düşmən gəmiləri Rusiya Qara Dəniz Donanmasına məxsus olaraq Sevastopol körfəzində yerləşirdi”.

Kəşfiyyat məlumatlarına görə, 1988-ci ildə inşa edilmiş 775-ci layihənin “Yamal” desant gəmisi 112,5 metr uzunluğundadır və 500 tona qədər yük, o cümlədən zirehli texnika və desant qüvvəsi daşıya bilirdi. Gəminin təxmini dəyəri 80 milyon dollardan çoxdur.

1975-ci ildə istifadəyə verilən 1171-ci layihənin “Nikolay Filçenkov” desant gəmisi isə 1000 tona qədər yük daşıya bilib və onlarla zirehli texnika və böyük desant qüvvəsini nəql edə bilir. Gəminin təxmini dəyəri 70 milyon dollardan artıqdır.

Hücum nəticəsində hər iki gəminin sıradan çıxdığı bildirilib. Bundan əlavə, işğal altındakı Sevastopolda Ukrayna kəşfiyyatçıları 5 milyon dollar dəyərində olan “Podlet-K1” radar stansiyasını da məhv edib.

Əlavə olaraq, 6 aprel gecəsi Ukrayna Müdafiə Qüvvələri Novorossiyskdə “Admiral Makarov” freqatını zərərsizləşdirib. 2 mart gecəsi isə Ukrayna Silahlı Qüvvələri Rusiyanın Novorossiysk limanında beş hərbi gəmiya zərər vurub; ehtimal edilir ki, bunlardan biri minaaxtaran “Valentin Pikul” olub. Həmçinin, Rusiya Qara Dəniz Donanmasının kiçik sualtı əleyhinə gəmiləri “Yeysk” və “Kasimov” da zədələnib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »