Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp "Hizbullah"ı İsraillə atəşkəsi pozmamağa çağırdı
Tramp "Hizbullah"ı İsraillə atəşkəsi pozmamağa çağırdı

ABŞ Prezidenti Donald Tramp, İsrail və Livan arasında atəşkəs sazişi qüvvəyə mindikdən sonra "Hizbullah"ı təxribatlardan çəkinməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, Tramp "Truth Social" platformasında paylaşdığı mesajında ümidini ifadə edərək bildirib ki, hərakat “atəşkəs dövründə yaxşı və vicdanlı davranmalıdır”. Onun sözlərinə görə, bu, təşkilat üçün “möhtəşəm bir fürsət” ola bilər.

ABŞ lideri Las-Veqasda keçirilən tədbirdə həmçinin İranla müharibənin “tezliklə başa çatmalı olduğunu” söyləyib.

Bundan əlavə, o, Livanda atəşkəsin tarixi əhəmiyyət daşıdığını qeyd edib və “yaxşı hadisələrin baş verdiyini” əlavə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »