ABŞ prezidenti Donald Tramp Niderland kralı Villem-Aleksandr və kraliça Maksima ilə keçirilən qapalı nahar zamanı İranla müharibəni mümkün qədər tez başa çatdırmaq istədiyini bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti yazıb.
Məlumata görə, Tramp hesab edir ki, İranı yenidən danışıqlar masasına qaytarmağın yeganə yolu İslam Respublikasına təzyiqi artırmaqdır.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb. Aprelin 7-də Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edildiyini açıqlayıb. Aprelin 11-də isə İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıblar. İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqer Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edib.
Daha sonra Tehran və Vaşinqton bildiriblər ki, tərəflər uzunmüddətli nizamlanma ilə bağlı bir sıra ziddiyyətlərə görə razılığa gələ bilməyiblər. Yeni danışıqlar raundunun keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil. Bununla belə, ABŞ administrasiyası yaxın günlərdə İslamabadda üzbəüz görüşlərin bərpa oluna biləcəyini istisna etmir.
Qadir, Bizimyol.info






