Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail ordusu Livanın cənubunda əməliyyatlarını davam etdirir
İsrail ordusu Livanın cənubunda əməliyyatlarını davam etdirir

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda müdafiəni gücləndirmək məqsədilə əməliyyatlarını davam etdirir.

Bizimyol.info xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat verib.

“İMQ-in 8-ci briqadasının əsgərləri, 91-ci diviziya komandirliyi altında, Livanın cənubunda qabaqcıllıq müdafiə mövqeyini möhkəmləndirmək və İsrailin şimal bölgələrində mülki əhalisini qorumaq məqsədilə hədəflənmiş yerüstü əməliyyatları davam etdirir”, - deyə məlumatda bildirilir.

Əməliyyatlar zamanı İMQ əsgərləri İsrailin şimalına yönəlmiş raket buraxılışı qurğusu, tank əleyhinə raketlər və İran tərəfdarı şiə təşkilatı "Hizbullah"ın İsrailə hücum planlaşdırmaq üçün istifadə etdiyi digər silahları aşkarlayıb.

Ordu mətbuat xidməti həmçinin bildirib ki, son günlərdə 91-ci diviziya əsgərləri İsrail Hərbi Hava Qüvvələri ilə koordinasiya şəraitində "Hizbullah"ın hərbi infrastrukturlarına, o cümlədən bir komanda məntəqəsinə zərbələr endirib. "İsrail ordusu "Hizbullah"a qarşı əməliyyatlarını davam etdirəcək", – deyə mətbuat xidməti qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »