Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki prezidentin oxşar taleyi: Hətta qatilləri və qətlləri də oxşar olub - Mistika

A.Linkoln və C.Kennedi arasında ümumi cəhətlər və oxşarlıqlar insanları şoka salır

Amerika Birləşmiş Ştatlarının 16-cı və 35-ci prezidentləri haqqında ortaq cəhət kimi tarixdə ən çox bilinən məqam hər ikisinin sui-qəsdə qurban getməsidir. Eyni zamanda, bu məsələ ən böyük ümumi cəhətdir. Ancaq indi təqdim etdiyimiz bu siyahıda onları birləşdirən əvvəllər bilmədiyiniz ümumi cəhətlərin təsadüf olduğuna şübhələr yaradır.

Ağ Evdə övlad itkisi

Hər iki prezident Ağ Evdə yaşadıqları müddətdə bir övladlarını itirmişlər (Uilyam Linkoln və Patrik Kennedi).

Qatilləri

A.Linkolnun qatili Con Uilkes Boot 1839-cu ildə, Kennedinin qatili Li Harvey Osvald isə 1939-cu ildə anadan olub. Hər iki prezident məhkəmə qarşısına çıxmazdan yalnız bir neçə gün əvvəl aralarında 100 yaş fərq olan qatillər tərəfindən xalqın qarşısında vurularaq öldürülüb.

Köməkçilər

A.Linkolnun köməkçisinin (katibinin) soyadı Kennedi və C. Kennedinin köməkçisinin (katibəsinin) soyadı isə Linkoln olub (tam adları Con A. Kennedi və Evelin Linkoln).

Vitse-prezidentlər

Abraham Linkoln öldürüldükdən sonra yerinə prezident olan vitse-prezident Andryu Conson 1808-ci ildə, Kennedi öldürüldükdən sonra yerinə gələn köməkçisi Lindon Conson 1908-ci ildə anadan olub. Hər ikisnin soyadları da eyni olub.

Mülki hüquqlar

İki prezident də mülki hüquqlar sahəsində mühüm işlər görüblər. A.Linkoln köləliyi aradan qaldırmış, Con F. Kennedinin dövründə isə zəncilərin cəmiyyətdə həqiqi mənada bərabərliyini təmin edən hüquqlara qovuşmasına start verilib.

Seçki tarixləri

Abraham Linkoln konqres seçkilərini 1846-cı ildə, Con Kennedi isə 1946-cı ildə qazanıb. Prezident seçildikləri illər isə müvafiq olaraq 1860 və 1960-cı illər idi.

Sui-qəsd günü

Hər iki prezident cümə günü öldürülüb.

“Ford”

Abraham Linkolnun sui-qəsdə qurban getdiyi tarixi teatr binasının adı “Ford”dur. Öldürüldüyü zaman Kennedinin həyat yoldaşı ilə əyləşdiyi avtomobilin markası da “Ford” və modeli isə “Linkoln” idi.

Cənublu sui-qəsdçilər

Hər iki prezident cənublu sui-qəsdçilər tərəfindən arxadan başlarına vurularaq öldürülüb.

Merilin, Meriland

Con F. Kennedi vurulmadan bir həftə əvvəl məşhur sənətçi Merilin Monro ilə görüşüb. A.Linkoln isə yenə sui-qəsdə qurban getməzdən bir həftə əvvəl Merilanddə yerləşən Monroda olub. (Bizimyol.info)

Son xəbərlər
Bütün xəbərlər »