Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın ali lideri Fars körfəzi ölkələrinə müraciət etdi
İranın ali lideri Fars körfəzi ölkələrinə müraciət etdi

İranın ali lideri Müctəba Xamenei Fars körfəzi ölkələrinə müraciət edərək onları “yalançı vədlərə” qarşı ehtiyatlı olmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İran dövlət televiziyası onun adından bəyanat yayıb.

Bəyanatda bildirilir ki, İranın cənub qonşuları “şeytanların” saxta açıqlamalarına şübhə ilə yanaşmalıdırlar. Müraciət əvvəlki ali lider, Müctəbanın atası Ali Xameneinin vəfatının 40-cı günü münasibətilə edilib.

“Bu an İranın cənub qonşularına deyirəm: siz möcüzənin şahidisiniz. Buna görə də düzgün baxın, düzgün anlayın, düzgün tərəfi seçin və şeytanların yalan vədlərinə şübhə ilə yanaşın”, – deyə bəyanatda qeyd olunur.

Müctəba Xamenei həmçinin vurğulayıb ki, İran “cinayətkar işğalçıları” cəzasız qoymayacaq və ölkəyə vurulan ziyana görə təzminat tələb edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »