Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: Yaxın Şərqdə "qızıl dövr" başlaya bilər
Tramp: Yaxın Şərqdə "qızıl dövr" başlaya bilər

ABŞ və İran arasında əldə edilən atəşkəs Yaxın Şərqdə "qızıl dövr"ün başlanğıcı ola bilər.

Bizimyol.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trump bildirib.

"Bu, bütün dünya üçün mühüm bir gündür! İran da bunu istəyir, artıq kifayətdir! ABŞ-da olduğu kimi, bu saziş Yaxın Şərqdə qızıl dövr ola bilər", – deyə o, "Truth Social"da yazıb.

Çərşənbə axşamı Tramp İrana qarşı iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Bu qərar Şahbaz Şərifin təklifi və İranın "Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa hazır olması" nəzərə alınmaqla qəbul edilib, deyə ABŞ lideri bildirib.

İranın dövlət televiziyası məlumat verib ki, Tehran atəşkəs üçün 10 şərt irəli sürüb və ABŞ bu şərtləri qəbul etməyə məcbur olub. Şərtlərə hücum etməmək prinsipi, Hörmüz boğazına Tehranın nəzarəti, uranın zənginləşdirilməsi, əsas və əlavə sanksiyaların ləğvi, kompensasiyanın ödənilməsi və ABŞ qüvvələrinin regiondan çıxarılması daxildir.

Şərif İran və ABŞ nümayəndə heyətlərini aprelin 10-da İslamabadda görüşə dəvət edib ki, "bütün mübahisələrin həlli üzrə yekun razılaşma əldə edilsin". CNN xəbər verir ki, ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vens, ABŞ liderinin xüsusi elçisi Steve Vitkoff və prezidentin kürəkəni Jared Kuşner daxildir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »